sinfly
Daxil olBaşla
Kurs paneli hazırdır · tələbə tətbiqi hazırlanır

Kursunuz onlayn — materialınız sizdə

Materialınızı bölmələrə yığır, imtahan qurur, qrup və tələbələri idarə edirsiniz — hamısı bir paneldən.

  • Kart tələb olunmur
  • Quraşdırma yoxdur
panel.sinifly.com/groups/riyaziyyat-11
Riyaziyyat 11 — İyul axını
24 tələbə · 12 material · 71% tamamlanma
+ Material
Mövzu 3 · Törəmənin tətbiqi3 material
V08 Törəmənin tətbiqiHazırlanır
P09 Ekstremum məsələləriHazır
Q10 Buraxılış sınağıQaralama
Aktiv tələbə
24
Baxış
47 s
Quiz ortası
13,8
Tanış gəlir?

Üç problem hər kursda var

Materialım əldən-ələ yayılır

Bir dəfə paylaşılan video qrupdan qrupa keçir və kimin yaydığı bilinmir.

Hər şey WhatsApp-da dağınıqdır

Dərs, ödəniş və sual bir söhbətdə qarışır; yeni tələbə köhnə mesajları tapa bilmir.

Kim nə izləyib — bilmirəm

Dərsi kimin açdığı, kimin yarımçıq qoyduğu görünmür. Valideynə deyəcək rəqəm yoxdur.

Sinifly nə edir

Üç vəd

01

Materialı çatdır

Video, PDF, səs və quizi bölmələrə yığırsınız — tələbə onları ardıcıl görəcək.

Mövzu 2 · Törəmə
V05 Törəmənin tərifi20 dəq
P06 Törəmə cədvəli4 səh
S07 Səsli izah9 dəq
02

Kopyalanmanı çətinləşdir

Video imzalı linklə açılır, cihaz sayı məhduddur və pleyerin üzərində tələbənin adı ilə su nişanı gəzir.

Aysel Məmmədova · 2108
16:20
03

Nəticələri izlə

Baxış, quiz nəticəsi və geri qalan tələbələr — hamısı bir cədvəldə toplanır.

TələbəİrəliləyişQuiz
Aysel Məmmədova
92%
18/20
Zeynəb Əliyeva
88%
17/20
Elvin Quliyev
64%
13/20
Nurlan Həsənli
41%
9/20
İmkanlar

Lazım olan hər şey içindədir

Adla su nişanı və cihaz limiti
Yayılan nüsxədə kimin olduğu görünür
Aysel Məmmədova · 2108
16:20
Çoxseçimli quiz — avtomatik qiymətləndirmə
ABC
Ödənişi kursdan kənar yığırsınız
Kim baxdı, kim geridə qaldı
Sual və variantlarda riyazi düsturlar
Redaktorda necə görünürsə, tələbədə də elə
f(x)= lim h0 f(x+h) f(x) h
Tələbəni linklə dəvət edin
Müəllim başına ayrı giriş
Bir gündə işə düşür
Server, domen və proqramçı lazım deyil
Excel-dən toplu idxal
Öz loqonuz və rənginiz

Dörd material tipi

Video dərs, PDF, səs faylı və çoxseçimli quiz — hamısı bölmələrə yığılır.

Kontentin açılışı sizin qaydanızla

Hamısı açıq, ayrıldığı günə qədər, yaxud yalnız üzvlük dövrü — qrup başına da seçilir.

Müqayisə

Yazdırmaq, yoxsa abunə olmaq?

Eyni nəticə. İki fərqli yol, iki fərqli xərc.

Meyar
Sıfırdan yazdırmaq
öz proqramçınızla
Sinifly
aylıq abunə
İlkin xərctəxminən 8 000 – 25 000 ₼0 ₼
İşə düşmə vaxtıaylarlabir gün
Aylıq baxımserver və proqramçıabunəyə daxildir
Yenilənməhər dəfə ayrıca ödənişavtomatik
Texniki dəstəkproqramçı tapmaqbirbaşa bizdən
≈ 18 000 ₼tipik sıfırdan yazdırma layihəsi. Sinifly-da həmin büdcə 3 ilə bəs edir.
Qiymət

Gizli xərc yoxdur

Tələbə ödənişini siz özünüz yığırsınız — biz ona toxunmuruq.

İllik ödənişdə 2 ay hədiyyə
Repetitor
2 müəllimə qədər kurs üçün
29₼ / ay
  • 2 müəllim girişi
  • 30 tələbə yeri
  • 100 GB yaddaş
  • 250 GB aylıq trafik
  • Artıq tələbə: 0,9 ₼ / ay
7 gün pulsuz başla
Kurs
5 müəllimə qədər kurs üçün
79₼ / ay
  • 5 müəllim girişi
  • 100 tələbə yeri
  • 300 GB yaddaş
  • 700 GB aylıq trafik
  • Artıq tələbə: 0,75 ₼ / ay
7 gün pulsuz başla
Kurs Pro
15 müəllimə qədər kurs üçün
219₼ / ay
  • 15 müəllim girişi
  • 300 tələbə yeri
  • 750 GB yaddaş
  • 1,8 TB aylıq trafik
  • Artıq tələbə: 0,6 ₼ / ay
7 gün pulsuz başla
Akademiya
40 müəllimə qədər kurs üçün
499₼ / ay
  • 40 müəllim girişi
  • 800 tələbə yeri
  • 2 TB yaddaş
  • 4,8 TB aylıq trafik
  • Artıq tələbə: 0,5 ₼ / ay
7 gün pulsuz başla
  • Paketi hər an dəyişin
  • Uzunmüddətli müqavilə yoxdur
  • Bank köçürməsi mümkündür
Suallar

Tez-tez verilən suallar

Tələbə materialı necə açır?

Tələbə tətbiqi hazırlanır. Bu gün paneldə kursu tam qura bilərsiniz — bölmələr, video, PDF, səs, imtahan, qruplar və tələbə siyahısı. Tətbiq hazır olanda tələbələr həmin materialı öz telefonlarından açacaq; yığdığınız heç nə itmir.

Tələbə ödənişini Sinifly yığır?

Xeyr. Tələbədən pulu siz özünüz, bizdən kənarda alırsınız. Bizə yalnız aylıq abunə ödəyirsiniz.

Materialı tam bloklaya bilirsiniz?

Tam blok heç bir platformada mümkün deyil və biz onu vəd etmirik. Çətinləşdiririk: video imzalı linklə açılır, cihaz sayı məhduddur və ekranda tələbənin adı ilə su nişanı gəzir — yayılan nüsxədə kimin olduğu görünür.

Hansı material tiplərini yükləyə bilərəm?

Video dərs, PDF sənəd, səs faylı və çoxseçimli quiz. Hər biri bölmələrə yığılır.

Öz proqramçım olmadan idarə edə bilərəm?

Bəli. Quraşdırma yoxdur — brauzerdən girib material yükləyirsiniz. Tələbə siyahısını Excel faylından bir dəfəyə köçürmək olur.

Abunəni dayandırsam material silinir?

Dərhal silinmir. Hesab mərhələ-mərhələ gedir — əvvəl xəbərdarlıq, sonra yeni material yükləmənin bağlanması, yalnız ondan sonra dayandırma. Hər mərhələdə güzəşt müddəti var və bu müddətdə ödəniş etsəniz hər şey yerində qalır.

Neçə müəllim əlavə edə bilərəm?

Paketə görə dəyişir — hər paketin yanında yazılıb. Müəllim öz linki ilə panelə girir və yalnız ona təyin olunmuş qrupları görür.

Bu həftə ilk dərsinizi onlayn qoyun

Kart tələb olunmur · quraşdırma yoxdur